Bakıda ən ucuz və ən bahalı 20 otel - SİYAHI + QİYMƏTLƏR

Yaz fəslinin gəlməsi ilə ölkəyə gələn əcnəbi turistlərin sayında da artımlar müşahidə olunmağa başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycana 627 min 835 nəfər xarici vətəndaş səfər edib və onların 185 min 913 nəfəri yanvar, 166 min 161 nəfəri fevral və 275 min 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər edib. Bəs görəsən, ölkəyə təşrif gətirən turistlərin sayının artığı bir zamanda otellərdə qiymətlər hansı səviyyədədir. Yeniavaz.com otel sifarişi üzrə ixtisaslaşan məşhur "booking.com" saytına istinadən Bakı şəhərində yerləşən ən bahalı və ən ucuz 10 otelin siyahısını hazırlayıb. Qeyd edək ki, araşdırma zamanı aprel ayının 28-29-u tarixlərində (iki gün-bir gecə) 2 nəfərlik otağın qiyməti öyrənilib.

Əgər siz "booking.com" vasitəsilə aprel ayının 28-29-u tarixləri üçün Bakı şəhərində 2 nəfərlik otaq sifariş etsəniz qarşınıza çıxacaq ən bahalı 10 otel bunlar olacaq.

1. Hyatt Regency Baku - 1740 manat

2. Golden Time (4 ulduz) - 613 manat

3. Boulevard Hotel Baku (5 ulduz) - 597 manat

4. Excelsior Baku (5 ulduz) - 555 manat

5. Pullman Baku (5 ulduz) - 540 manat

6. Ganjali Plaza Hotel (4 ulduz) - 515 manat

7. History Boutique Hotel (5 ulduz) - 500 manat

8. Grand Hotel (4 ulduz) - 395 manat

9. Sultanahmed Hotel Baku (4 ulduz)- 370 manat

10. Old Baku Hotel (4 ulduz) - 370 manat

Siz "booking.com" vasitəsilə aprel ayının 28-29-u tarixləri üçün Bakı şəhərində 2 nəfərlik otaq sifariş etsəniz qarşınıza çıxacaq ən ucuz 10 otel isə bunlar olacaq.

1. Medine Hotel (3 ulduz) - 41 manat

2. Planet İnn Hotel Baku (3 ulduz) - 55 manat

3. Shams Mini Hotel (3 uduz) - 68 manat

4. Black Mount Hotel (4 ulduz) - 61 manat

5, Karvan Palace (4 ulduz) - 70 manat

6. AF Hotel (4 ulduz) - 85 manat

7. Riva Baku (4 ulduz) - 85 manat

8. Bosfor Hotel Baku (4 ulduz) - 86 manat

9. AYF Palace (5 ulduz) - 97 manat

10. AEF Hotel (4 ulduz) - 100 manat

DİGƏR XƏBƏRLƏR

Top