Medvedev Amerika mallarına qadağa qoymağı təklif edib

Rusiyanın ABŞ-ın sanksiyalarına cavabı Rusiya bazarına daxil olan Amerika mallarının məhdudlaşdırılması ola bilər.

Yeniavaz.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib. Onun sözlərinə görə, Rusiya bazarında kifayət qədər çox ABŞ məhsulu var: “Təkcə qiymətli kağızlar deyil, həm də Amerika biznesi tərəfindən istehsal olunan və bazarımıza tədarük edilən bir sıra digər mallar mövcuddur. Cavab tədbirləri yaxşı hesablanmalı, özümüzə zərər verməməlidir və adekvat olmalıdır”.

Qeyd edək ki, 2017-ci ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 24 milyard dollar təşkil edib. Bunun 17 milyard dolları Rusiyanın ABŞ-a tədarükləridir.

DİGƏR XƏBƏRLƏR

Top