Fransa Suriyaya öz ərazisindən zərbə endirə bilər

Fransa Suriyaya zərbə vurulması haqqında qərar qəbul edəcəyi halda bunu Yaxın Şərq ölkələrindəki bazalardan deyil, öz ərazisində yerləşən bazalardan həyata keçirə bilər.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa Prezidenti əməliyyatın həyata keçirilməsinin müxtəlif variantlarını alıb.

Mütəxəssislər hesab edir ki, zərbə Fransanın İordaniya və BƏƏ-dəki bazalarından deyil, ölkənin Yuxarı Marna departamentində yerləşən Sen-Dizyen bazasından həyata keçiriləcək. Yaxın Şərq ölkələri Suriyaya qarşı belə nəzərəçarpacaq fəaliyyətlərə cəlb olunmaq istəmirlər.

Sen-Dizyendən havaya qalxan və iki ədəd “Scalp” qanadlı raketi daşıyan “Rafale” qırıcıları Suriya ərazisində çatmazdan əvvəl iki dəfə yanacaqla doldurulmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top