Zeybekçi lirənin ucuzlaşmasına münasibət bildirib: İşinizə baxın

Dollar və avronun türk lirəsinə nisbətdə məzənnəsinin bahalaşması müvəqqəti xarakter daşıyır.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi deyib. Onun sözlərinə görə, xarici valyutanın məzənnəsinin artması heç bir halda Türkiyənin reallığını əks etdirmir”.

Nazir bildirib: “Türkiyənin 1 il müddətli öhdəliklərini nəzərə salın, Mərkəzi Bankın ehtiyatlarına, ödəyəcəyi öhdəliklərə baxın.. Türkiyənin artığı var, kassada artıqlaması ilə var. Buna rəğmən, yaşadığımız şeylər Türkiyənin gerçəyini əks etdirmir. Bunlar canımızı yandırır. Lakin bunlar Türkiyənin daimi xəstəliyi deyil, müvəqqətidir. İşinizi görün, irəliyə baxın. Bu süni hərəkətlənmələr keçəcək və Türkiyə irəliyə baxacaq”.

Xatırladaq ki, bu gün türk lirəsi dollar və avro qarşısında rekord səviyyədə ucuzlaşıb. Dolların məzənnəsi 4,159 lirə, avro isə 5,1449 lirə səviyyəsinədək yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top