Abşeronda iki yeniyetmə evə basqın edib

Abşeronda evə basqın edən yeniyetmələr tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova Rayon Polis İdarəsinə müraciət edərək bu il yanvarın 23-də həyətinə girmiş iki naməlum şəxsin onu gördükdə, oradan uzaqlaşdığını bildirib.

Araşdırmalarla həmin şəxslərin M. Məhərrəmovanı bıçaqla hədələyib pul tələb etməsi müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri olan iki yeniyetmə saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. APA

DİGƏR XƏBƏRLƏR

Top