Türkiyə və Qətər 5,2 milyard dollarlıq saziş imzaladılar


Türkiyə və Qətər arasında 5,2 milyard dollar dəyərində enerji sazişi bağlanıb. Yeniavaz.com-un İHA agentliyinə istinadən verdiyi məlumata görə, sazişi “Metcap” enerji sərmayələri və “Fusion Dynamics” şirkətləri imzalayıblar. Sazişə əsasən, Türkiyədə 5,2 milyard dollar dəyərində təbii qaz və neft-kimya kompleksi tikiləcək. Firmalar Trakyada təbii qaz əsaslı 2,6 milyon ton metal və 1 milyon ton yüngül olefin istehsal etmək gücündə olan kimya kompleksi quracaqlar. Dövlətin təşviqi ilə dəstəklənən sərmayə Türkiyənin cari ticarət kəsirinin 1,4 milyard dollar azaldacaq. Türkiyəyə sərmayə qoyacaq şirkətlər, həmçinin 1,2 milyard dollar dəyərində 550 meqavat gücündə qaz-buxar elektrik stansiyasının tikintisini tamamlayacaqlar. Türkiyənin Kırklareli və Karaman vilayətlərində inşaatı başlayan kompleks ölkənin elektrik enerjisinə olan tələbatının 5 faizini qarşılayacaq.

DİGƏR XƏBƏRLƏR

Top