Türkiyəyə gələn əfqan miqrantlarının sayı 4 dəfə artıb


2018-ci ilin I rübündə Türkiyəyə gələn Əfqanıstanın miqrant vətəndaşlarının sayında 400 faizdən çox artım var. Yeniavaz.com-un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, cari ilin I rübündə Türkiyəyə gələn əfqan miqrantlarının sayı 27 minə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 400 faizdən çoxdur. Belə ki, 2017-ci ilin I rübündə Türkiyəyə gələn əfqan miqrantlarının sayı 6 min nəfər təşkil edib. Onların İran üzərindən gəldiyi bildirilir. Əfqan miqrantların çoxu Türkiyədə qalır.

DİGƏR XƏBƏRLƏR

Top