ABŞ və Britaniya hərbi qüvvələri hərəkət keçib: Hədəf Əsəd rejimidir?

Başda “Harri Truman” aviadaşıyıcısı olmaqla, ABŞ hərbi dəniz donanmasının zərbəçi qrupu Virciniya ştatındakı daimi dislokasiya məntəqəsindən Yaxın Şərqə yola düşüb.

Bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Məlumata görə, zərbəçi qrupun tərkibinə aviadaşıyıcıdan başqa “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkeley”, “Forest Şerman” və “Farraqut” raket esminesləri daxildir. Gəmilərin göyərtəsində 6500 nəfərə yaxın şəxsi heyət var .

Zərbəçi qrupa Almaniya hərbi dəniz donanmasına aid “Hessen” freqatının da qoşulacağı bildirilir.

Vaşinqton hələ ki, gəmilərin gözlənilməz hərəkətinin səbəbini açıqlamayıb.

Böyük Britaniya hərbi komandanlığı da Kipr adasına dislokasiya olunmuş hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Türkiyə mediası xəbər verir ki, Britaniya Suriyaya zərbələr endirməyə hazırlaşır.

Qeyd edək ki, Dumada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunması ilə bağlı xəbərin yayılmasından sonra bir sıra Qərb dövlətləri Əsəd ordusuna qarşı hərbi müdaxilə ilə hədələyib.

Yaxın 24 saat ərzində ABŞ, Fransa və Britaniya Suriya qoşunlarının mövqelərini bombalaya bilər. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top