Baş nazir kral ailəsinin xeyir işinə dəvət olunmadı

Britaniyanın baş naziri Tereza Mey şahzadə Harri və Meqan Marklın izdivac mərasiminə dəvət olunmayıb.

Bu barədə Britaniya hökumətində olan mənbə açıqlama verib.

Məlumata görə, mayın 19-da Bukenqem sarayında baş tutacaq toyda qonaq qismində yalnız cütlüyün şəxsən tanıdığı insanlar, ailə üzvləri və dostları iştirak edəcək.

Mənbə toyun, bəyin böyük qardaşı şahzadə Uilyamın 2011-ci ildə baş tutan nikah mərasimindən fərqli olaraq tam-təraqlı keçməyəcəyini və toya siyasətçilərin dəvət almayacağını bildirib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top