Tramp Suriyaya görə iki səfərini təxirə saldı

ABŞ Prezidenti Donald Tramp aprelin 13-14-də Peruda keçirilməli olan Amerika dövlətləri sammitində iştirak etməyəcək. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi Sara Sanders deyib. Onun sözlərinə görə, D. Tramp, həmçinin əvvəlcədən planlaşdırıldığı kimi Kolumbiyanın paytaxtı Boqotaya səfər etməyəcək: “Prezidentin xahişi ilə vitse-prezidenti Maykl Pens onun yerinə səfər edəcək”. S. Sanders qeyd edib ki, Amerika lideri Suriyadakı hadisələrlə əlaqədar ABŞ-ın cavabına nəzarət etmək üçün ABŞ-da qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top