Britaniya Suriyanı Kiprdən vura bilər


Suriyalı müxaliflərin nəzarətindəki Dumada baş vermiş kimyəvi hücumdan sonra ABŞ-ın Suriya rejiminə qarşı planlaşdırdığı hücuma Böyük Britaniya da dəstək verə bilər. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, britaniyalı nazirlər ordu rəhbərliyinə geniş miqyaslı əməliyyat planlaşdırmaq barədə göstəriş veriblər. Böyük Britaniyanın Baş naziri Tereza Mey əməliyyat barədə qərarı parlamentin təsdiqini almadan da verə bilər. Xatırladaq ki, 2013-cü ildə Britaniyanın keçmiş Baş naziri Devid Kemeron Suriyada əməliyat keçirmək üçün parlamentə müraciət etsə də müsbət cavab verməmişdi və plan ləğv edilmişdi. Britaniya Suriyadakı hədəflərə qarşı keçiriləcək mümkün əməliyyatda “GR4 Tornado” qırıcı təyyarələrindən istifadə edəcək. Həmin qırıcılar 240 kilometrdən uzaqdakı hədəfləri vura bilən “Jetler Storm Shadow” raketləri ilə təchiz edilib. Bu da qırıcıların əməliyyatı Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmadan həyata keçirmək imkanı verir. Kipr adasının yunan hissəsində yerləşən Böyük Britaniyanın hərbi bazasında 6 ədəd“GR4 Tornado” qırıcı təyyarəsi var. Bir başqa variant isə Aralıq dənizindəki ingilis sualtı qayıqlarından buraxılacaq “Tomahawk” raketləridir. Üçüncü versiya isə Küveytdəki “Reaper” model pilotsuz uçuş aparatları ilə “Reaperlar”, “Hellfire” raketləri daşıyaraq buraxmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top