Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib


Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib. Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq. E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək. Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.

Report

DİGƏR XƏBƏRLƏR

Top