Sumqayıtda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Sumqayıtda piyadanı avtomobil vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. APA

DİGƏR XƏBƏRLƏR

Top