Prokurorluq Münsterdəki terrorun səbəbini açıqladı

Almaniyanın Münster şəhərində yük maşınını insanların üzərinə sürmüş şəxs intihar etmək istəyirmiş. Bu barədə şəhər prokurorluğunun rəsmisi Martin Bosenhardt deyib. “Hazırda əllərində olan ekspertiza nümunələrinə, sənədlərə, izlərə və bəyanatlara görə, istintaq orqanları 48 yaşlı kişinin intihar etmək məqsədilə hərəkət etdiyinə əmindirlər”,deyə o bildirib. Aprelin 7-də Bakı vaxtı ilə 17.30-da Münster şəhərinin mərkəzində yük maşını küçə kafesinin müştərilərinin üzərinə sürülüb. Hadisə nəticəsində iki nəfər ölüb, iyirmi nəfər isə yaralanıb, sürücü isə özünü öldürüb. “Bild” nəşri hadisəni 48 yaşlı işsiz, əvvəllər məhkum olunmamış Almaniya vətəndaşının törətdiyini yazıb. Məlumata görə, həmin şəxs daha öncə də özünə qəsd etmək istəyib.Sputnik

DİGƏR XƏBƏRLƏR

Top