ABŞ Suriyaya zərbə endirməyə hazırlaşır


60 Tomaqavk raketi ilə təchiz edilən ABŞ hərbi gəmisi “Donald Cook” Suriyanın Tartus şəhərinə 100 kilometr məsafəyə yaxınlaşıb. Bu barədə “Hürriyet” qəzeti yazır. Qeyd edilir ki, “Donald Cook” bazar ertəsi Kiprdəki limanı tərk edərək Suriya tərəfinə istiqamətlənib. Nəşrin məlumatına görə, Rusiya qırıcıları dörd dəfə ABŞ hərbi gəmisinin üzərindən uçaraq xəbərdarlıq ediblər. ABŞ Hərbi Dəniz Qüvvələri məlumatı təsdiqləməyiblər. Qurumdan “Donald Cook” hərbi gəmisinin Larnakidən haraya istiqamətləndiyi barədə məlumat verməyiblər.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top