Nazir Oqtay Şirəliyevin işarəsi ilə jurnalist döyülüb - Dəfn mərasimində (FOTOLAR)

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər.

Yeniavaz.com-un xəbərinə görə, sayt yazır ki, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan jurnalist Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Jurnalist üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Bu barədə başına gələnləri danışan F.Fərhadoğlu hadisəni belə şərh edib:

"Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevi telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun-görün kimdir. Bu zaman orta yaşlı və cavan oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdi. Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə maneə olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər. Güclə telefonda olan nömrəmi və yaddaş kartını çıxara bildim. Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırdsınlar”.

F.Fərhadoğlu başına gələn xoşagəlməz hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.

Bundan sonra hüquq-muhafizə orqanları məsələyə cəld reaksiya verib.

Döyülən jurnalist hadisənin baş verdiyi ərazi üzrə Yasamal rayon 28-ci Polis Bölməsinə izahat vermək üçün çağrılıb.

DİGƏR XƏBƏRLƏR

Top