Belə vicdansızlıq olarmı?


Bir neçə gün öncə yardıma ehtiyacı olan xəstə bir uşağın çəkilişi üçün evlərinə getmişdim. Atası qarşıladı, görüşdük, keçdik içəri. Uşağı gördüm, ürəyim parçalandı. Körpənin başı bədənindən böyük idi. Ağlamaq istəyir, səsi çıxmırdı. Çox pis oldum. Bu arada atası mənə minnətdarlıq edərək: "Çox sağ olun gəlmisiz, Allah sizdən razı olsun! Qardaş, çək bir az pul yığılsın, sənin "hörmətini" eləyəcəm".
Kameranı qoyduğum kimi yerindən götürüb qapıya tərəf getmək istədim. Qardaş çaşıb qaldı. Dedim əgər elə fikirləşirsənsə, çəkməyib gedirəm. Gözləmədiyi reaksiyanı görən ata: "Qardaş, üzrlü hesab et, anlaşılmazlıq oldu", - dedi.
İnanın, həmin anda nə deyəcəyimi bilmədim. Fikirləşdim ki, axı niyə biz bu qədər vicdansızlaşmışıq?! Bir xəstə uşağın müalicəsi üçün yığılan puldan nə isə umacaq qədərmi alçağıq?
10 il övlad həsrəti ilə yanan valideynlərin ümid yeri, həm də xəstə uşağın pulunu yeyəcək qədər vicdansız - insandırmı?! Məncə, yox!
Əsla! Çünki bu cür olsaydı, o valideyn heç kimdən kömək istəməzdi. Demək ki, hələ də vicdanlı şərəfli insanlar var. Çarəsiz atanın müraciət edərkən necə əzab çəkdiyi gözlərindən oxunurdu. O, müraciət edərkən belə, "mənim qədirbilən qardaşlarım, bacılarım" deyirdi. İki ildir hansı əziyyətə qatlandıqları üzlərindəki cizgilərdən bilinirdi. Ancaq yenə də ümidlərini itirmirlər. Həmin valideynlərin əllərindən öpürəm.
Əzizlərim, inanın, Allah da sizin nələr çəkdiyinizdən xəbərdardır. Sadəcə, sizin vasitənizlə bəlkə bizləri də imtahan edir. "Qonşusu ac ikən özü tox yatan bizlərdən deyil", - deyir, sevgili peyğəmbərimiz.
İndi biz bu imtahandan üzü ağ çıxmalıyıq, yoxsa bizim də hesabımız ağır olacaq. Allah bu səbrinizə görə, sizləri bağışlayacaq! Vay bizim halımıza! Fatimə balamız ana-atasına сənnəti qazandırdığı kimi bizlərin də heç olmasa hesabımızın yüngül olmasına vəsilə ola bilər. Əziz vicdanlı qardaşlarım, bacılarım sizlərdən xahişim budur ki, Fatimə balamızın sağalması üçün əlimizdən gələni əsirgəməyək!

İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top