Mərkəzi Bank faizləri yenidən aşağı saldı

Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib. Yeniavaz.com xəbər verir ki. bu barədə Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Elman Rüstəmov qeyd edib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib. Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək. Xatırladaq ki, fevralın 12-də Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top