Son bir ildə Bakıda 3 340 mağaza bağlanıb

Bu ilin mart ayının əvvəlinə olan məlumata görə Azərbaycanda pərakəndə ticarət obyektlərndə quraşdırılan POS-terminalların ümumi sayı 63 min 965 ədəd olub. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan sonuncu statistik məlumatlara istinadən bildirir ki, son bir il ərzində ölkədəki POS-terminalların sayı kəskin şəkildə azalıb. Verilən məlumatlarda qeyd olunur ki, bir il əvvəl - 2017-cı ilin mart ayının əvvəlində ölkədə POS-terminalların sayı indikindən 6,9% və ya 4 min 926 ədəd çox olub.

Mərkəzi Bankın məlumatından belə görünür ki, POS-terminalların sayı Bakı ilə müqayisədə regionlarda daha çox azalıb. Belə ki, son bir il ərzində POS-terminalların sayı Bakı şəhərində 2 min 647 ədəd, regionlarda isə 3 min 63 ədəd azalıb.

Qeyd edək ki, ötən ayın əvvəlinə olan məlumata görə paytaxt Bakıda 36 min 839 ədəd, regionlarda isə 28 min 401 ədəd POS-terminal mövcud olub.

Pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı isə Bakı şəhərində 3 min 340 ədəd azalıb.

Xatırladaq ki, POS-terminallar pərakəndə ticarət obyektlərində Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunan "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na və eyni zamanda da ölkə başçısının 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 17-ci maddəsinə edilin dəyişikliyə əsasən quraşdırılır. Qanunun 17-ci maddəsinə edilin dəyişiklikdə isə qeyd olunur ki, "Pos-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

DİGƏR XƏBƏRLƏR

Top