Banklara manatla, yoxsa dollarla əmanət qoymaq daha sərfəlidir?

Bu ilin mart ayının əvvəlinə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 milyard 750,3 milyon manata təşkil edib. Nəticədə son bir il ərzində əmanətlərin həcmi 9,1% və ya 648,5 milyon manat azalıb. Yeniavaz.com-un Mərkəzi Bankın (MB) açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, kredit təşkilatlarında yerləşdirilən əmanətlərin 37,8%-i və ya 2 milyard 935,1 milyon manatı milli valyuta, 62,2%-i və ya 2 milyard 288,1 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. Milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 7,4%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 2,5% olub. Əmanətlərin 92,2%-i və ya 7 milyard 143,3 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Kəlbəcər-Laçın və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 11,9% və 7% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (2,2%) və Yuxarı Qarabağ (3,4%) iqtisadi rayonlarında müşahidə olunub.

Yuxarı Qarabağ iqtisadi rayonu istisna olmaqla digər iqtisadi rayonlarda xarici valyuta ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcəsi milli valyuta ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcəsindən aşağı olub. Xarici valyuta ilə cəlb olunan əmanətlər üzrə ən aşağı faiz dərəcəsi Naxçıvan iqtisadi rayonunda qeydə alınıb - 0,6%.

Yuxarı Qarabağ iqtisadi rayonunda isə əmanətlər manatla 3,4%-ə, xarici valyuta ilə 4,3%-ə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top