Tramp Suriya hakimiyyətinə dəstəyə görə Rusiya və İranın məsuliyyət daşıdığını bildirib

ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Bəşşar Əsədə dəstəyə görə Rusiya və İranın məsuliyyət daşıdığını bildirib. TASS xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb. Ağ Ev rəhbəri bildirib ki, kimyəvi silahın tətbiq edildiyi ərazi Suriya ordusu tərəfindən mühasirəyə alınıb. "Prezident Putin, Rusiya və İran Əsədə dəstəyə görə məsuliyyət daşıyırlar", - deyə Tramp yazıb. ABŞ prezidenti həmçinin Suriyada kimyəvi silahın istifadə edildiyi ərazinin tibbi yardım və qadağan olunmuş silahın tətbiq edilməsi haqda xəbərin araşdırılması üçün dərhal açılmasını tələb edib. Ağ Ev rəhbərinin qənaətincə, Suriyada kimyəvi silahın tətbiq edilməsi nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, xeyli sayda ölənlər var. Report

DİGƏR XƏBƏRLƏR

Top