Gəncədə göldə batan uşaq xilas edilib. Hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib. Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar. Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.APA