FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir. FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.Report

DİGƏR XƏBƏRLƏR

Top