KİV: Suriyanın Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb

Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb. Bu barədə BBC məlumat yayıb. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir. Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.APA

DİGƏR XƏBƏRLƏR

Top