"Bavariya" ardıcıl altıncı dəfə Almaniya çempionu olub

"Bavariya" klubu futbol üzrə Almaniya Bundesliqasının 29-cu turunda "Auqsburq" üzərində qələbə qazanıb. Auqsburq şəhərinin "WWK-Arena" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Münhen klubu bu qələbə sayəsində altıncı dəfə Almaniya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib. Komanda sona 5 tur qalmış 72 xal yığıb. İkinci yerdə 52 xalla "Şalke" gedir.

Almaniya Bundesliqası. 29-cu tur

"Frayburq" – "Volfsburq" – 0:2

"Keln" – "Maynts" – 1:1

"Borussiya M" – "Herta" – 2:1

"Auqsburq" – "Bavariya" – 1:4

"Hamburq" – "Şalke-04" – 3:2

Report

DİGƏR XƏBƏRLƏR

Top