Almaniyada sürücü yük avtomobilini insanların üstünə sürüb: 3 nəfər ölüb, 50 yaralı var

Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur.

Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir. APA

DİGƏR XƏBƏRLƏR

Top