Sankt-Peterburq-Yerevan aviareysində ölüm hadisəsi

Sankt-Peterburq-Yerevan aviareysinin sərnişini Ermənistan paytaxtının “Zvartnots” aeroportuna eniş edərkən dünyasını dəyişib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mülki Aviasiyası Baş İdarəsinin mətbuat katibi Satenik Ovannisyan deyib.

Onun sözlərinə görə, ölən sərnişin 39 yaşlı Rusiya vətəndaşı Artak Vanetsyandır. Sərnişinin infarktdan öldüyü təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top