Rusiyalı muzdlu döyüşçülərin Suriyaya hansı yolla göndərildiyi öyrənildi

Rusiyanın muzdla tutulan əsgərləri Suriyanın özəl “Cham Wings” aviaşirkətinin reysləri ilə Rostov-na-Donudan Suriyaya göndərilir.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyinin araşdırmasında deyilir.

Araşdırmada qeyd edilir ki, muzdlulardan ibarət növbəti qrupun göndərilməsi üçün 180-dək sərnişini daşıyan “Airbus A320” mülki təyyarələrindən istifadə olunub.

Muzdlular “Cham Wings”in təyyarələrinə sığmayanda hərbi təyyarələrdən yararlanılıb.

Təyyarələr Rostovun “Platov” aeroportuna gecə enirlər, səhər isə uçurlar.

Qeyd edək ki, “Cham Wings” Suriya hökumət kəşfiyyatına yardım etdiyinə və ölkəyə döyüşçülər gətirdiyinə görə 2016-cı ildə ABŞ-ın sanksiya siyahısına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top