"Martın 30-dan bəri Yasamala su verilməməsi iddiaları doğru deyil"

Tanınmış jurnalist Günel Gözəlova sosial şəbəkədəki səhifəsində paytaxtın Yasamal rayonunun böyük bir hissəsinə suyun verilmədiyini bildirib. Yeniavaz.com xəbər verir ki, Günel Gözəlova martın 30-dan etibarən Yasamalda eyni vəziyyətin davam etdiyini qeyd edib: "Qəza var, həll edirik dedilər. Yaxşı, bir həftədir bir qəzanın öhdəsindən gələ bilmirmi "Azərsu" ASC?"

Martın 30-dan bəri Yasamalın bir hissəsinin susuz qalması barədə edilən paylaşım maraqla qarşılanıb. Söhbət yüzlərlə ailənin 8 gün susuz qalması iddialarından gedirsə, əlbəttə, buna biganə qalmaq olmaz.

Odur ki, məsələ ilə bağlı Yeniavaz.com saytı "Azərsu" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirilib ki, qəza ilə bağlı Yasamalda suyun verilməsində problem olub, amma bunlar aradan qaldırılıb: "2 xəttə qəza olmuşdu, təmir işləri aparıldı. Bu barədə elan da vermişdik. Amma martın 30-dan bəri su verilməməsi barədə fikirlər doğru deyil, həqiqəti əks etdirmir".

DİGƏR XƏBƏRLƏR

Top