ABŞ rusiyalı oliqarxlara və məmurlara yeni sanksiya tətbiq etdi

Sanksiya tətbiq edilmiş vəzifəli şəxslərin siyahısı:

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev

“Qazprombank”ın başçısı Andrey Akimov

RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev

Rosqvardiyanın başçısı Viktor Zolotov

VTB-nin başçısı Andrey Kostin

“Rusiya Maliyyə Korporasiyası” bankı

Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçyov

Prezidentin köməkçisi Yevgeni Şkolov

* * *16:39

ABŞ-ın sanksiyalar siyahısına daxil edilənlərin tam siyahısı:

Oleq Deripaska

Aleksey Miller

“Surqutnefteqaz”ın rəhbəri Vladimir Boqdanov

Süleyman Kərimov

Viktor Vekselberq

Andrey Skoç

İqor Rotenberq

Mixail Fridman

Aleksey Dümin

“Roskomnadzor”un rəhbəri Aleksandr Jarov

“SİBUR”in İdarə Heyətinin üzvü Kirill Şamalov

“Qazprom qazma”

NPV Engineering

“Renova”

RUSAL

EN+

“QAZ” qrupu

“Russkiye maşinı”

* * *16:22

ABŞ Rusiyanın 38 iş adamının, rəsmi şəxslərin və şirkətlərin adlarını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına daxil edib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, barəsində sanksiyalar tətbiq edilmiş şəxslər arasında Aleksey Miller və Oleq Deripaska da var.

* * *10:49

Bu gün Birləşmiş Ştatlar hökuməti Rusiya prezidenti Vladimir Putinə yaxın 10-a qədər oliqarxa sanksiyalar tətbiq edilməsinə dair qərarını açıqlamağa hazırlaşır. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu sanksiyalar Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə cavabdır.

“Bloomberg” bildirir ki, sanksiya tətbiq edilən oliqarxların adları bu ilin fevralında açıqlanan “Kreml siyahısı”nın məxfi hissəsində yer alır. Ağ evə yaxın jurnalistlərin bildirdiyinə görə sanksiya tətbiq ediləcək oliqarxların dəqiq sayı hələ məlum deyil, amma söhbət 10-a qədər rusiyalı zəngindən gedir.

Digər mənbələr xəbər verir ki, Tramp administrasiyası sanksiyalar barədə elə bu gün-aprelin 6-da elan edəcək. Əslində oliqarxlara qarşı sanksiyaların tətbiqi Rusiya kəşfiyyatçısı Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsindən əvvəl planlaşdırılmışdı. Ancaq ehtimal edilir ki, sanksiyalar Moskva ilə Qərb arasında münasibətləri daha da gərginləşdirəcək.

NBC telekanalı sanksiya tətbiq olunan oliqarxların siyahısının ABŞ kəşfiyyat xidmətləri tərəfindən tərtib edildiyini bildirir. Siyahını son bir neçə gün ərzində hazırlayıblar. “Bəzi adlar hamıya çox yaxşı tanışdır”-ABŞ kəşfiyyatının keçmiş əməkdaşı bildirib.

“Reuters” isə bildirir ki, bu sanksiyalar son illər Rusiyaya qarşı tətbiq edilmiş ən aqressiv sanksiyalar ola bilər və məhz biznes-elitaya qarşı yönələcək. Söhbət prezident Putinə yaxın şəxslərdən gedir.

Bundan əvvəl Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller Birləşmiş Ştatlara səfər edən üç rusiyalı oliqarxı saxlayıb dindirmişdi. Onlardan biri elə Nyu-York aeroportunda, şəxsi təyyarəsi yerə enən kimi saxlanılıb və elektron qurğularına baxış keçirilib.

RBC agentliyi “Flightradar” portalının məlumatlarına əsasən müəyyən edib ki, söhbət çox güman Roman Abramoviç, Viktor Vekselberq və Mixail Proxorovdan gedir. Çünki məhz bu oliqarxların təyyarələri mart ayında ABŞ-a uçublar. Belə ki, Abramoviçin “Boeing 767-300ER” tipli, P4-MES bort nömrəli layneri martın 12-dən 16-na qədər Nyu-Yorkda olub. Mixail Proxorovun “Airbus A319” tipli, M-RBUS bort nömrəli layneri martın 20-də və 21-də Nyu-Yorkda görünüb. Viktor Vekselberqin “Airbus A-319-115” tipli, P4-MİS bort nömrəli təyyarəsi isə martın 6-dan 11-nə qədər Boston-Nyu-York-Vaşinqton-Nyu-York marşrutları üzrə bir neçə uçuş keçirib.

virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top