İnanılmaz görüntülər - Afrika qitəsi ikiyə parçalanır - VİDEO

Afrikada Keniyanın cənub-qərbində meydana gələn nəhəng çat, Nairobi-Narok avtomagistralının bir hissəsinin zərər görməsinə səbəb olub. Elm adamları Keniyada yaranan çatı, Afrika qitəsinin ikiyə parçalanması kimi şərh edirlər. London Universitetinin tədqiqatçısı Lusiya Perez Diaz məqaləsində Afrika qitəsində baş verən həmin hadisəni açıqlayıb və hər ehtimalın dəyərləndirilməli olduğunu bildirib. Alimlər bu çatın getdikcə genişləndiyini və yaxın illərdə Afrikanın iki hissəyə bölünmə ehtimalının artacağını bildiriblər. türküstan.info

afrika

DİGƏR XƏBƏRLƏR

Top