“Facebook” Mark Zukerberqin yazışmalarını silib

“Facebook” administrasiyası sosial şəbəkənin təsisçisi Mark Zukerberqin istifadəçilərlə yazışmalarındakı ismarıcları pozub. Administrasiya bunu korporativ təhlükəsizlik məqsədləri ilə edib.

Zukerberklə yazışan bir neçə istifadəçi, onunla yazışmalarında birincinin yazdığı ismarıcların silindiyini aşkarlayıb.

Platformanın administrasiyası bunu 2014-cü ildə qüvvəyə minmiş şirkət təsisçisinin şəxsi ismarıclarının saxlama müddətinin məhdudlaşdırılması qaydası ilə əlaqələndirir və heç bir qanunsuzluğun olmadığını əmin edir.

“Facebook” nümayəndələrinin sözlərinə görə, sözügedən islahat , haker hücumu və “Sony Pictures Entertainment” şirkətinə aid əməkdaşların şəxsi məlumatlarının kütləvi şəkildə internetə sızmasından sonra 2014-cü ildə qəbul olunub.

Şirkət eyni zamanda bildirib ki, islahat 2014-cü ilə qədər olan mesajlara şamil olunmur və Zukerberqin həmin ilə qədər apardığı yazışmalar olduğu kimi toxunulmaz qalıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top