“Azərkosmos”un gəlirləri açıqlandı

Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, cari ilin 2 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 2,3 milyon dollar məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.

“Azərkosmos” ASC-nin bu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Türkiyə, Qırğızıstan, Birləşmiş Krallıq, Ukrayna, Rusiya, Kipr, CAR, Tanzaniya, Livan, İran və Polşa olub.

DİGƏR XƏBƏRLƏR

Top