Xaricdən Azərbaycana nə qədər banan gətirilir və neçəyə?

Yola saldığımız 2017-ci ildə Azərbaycana xarici ölkələrdən qurudulmuş və təzə halda 25 min 694,9 ton banan gətirilib. Yeniavaz.com Dövlət Statistika Komitsəindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlik illə müqayisədə banan idxalı 19,4% və ya 4 min 179,5 ton artıb. Ötən il idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 27 qəpik (75 sent) təşkil edib. Əvvəlki illə müqayisədə banan gömrük dəyərində ucuzlaşma olub. Belə ki, 2016-cı ildə bananın 1 kiloqramının ölkəyə giriş qiyməti 1 manat 40 qəpik (83 sent) olub.

Məlumat üçün qeyd edək ki, 2016-cı ilin sonları və 2017-ci ilin əvvəllərində bananın daxili bazardakı qiyməti 2-2,2 manata qədər ucuzlaşsa da, ötən ilin ikinci yarısından etibarən gömrük dəyərinin ucuzlaşmasına baxmayaraq yenidən bahalanaraq 2,8-3 manata yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top