"ASAN xidmət"də qeydiyyat məhdudiyyəti olmadan bunlardan YARARLANA BİLƏRSİNİZ - SİYAHI

6 il öncə - Prezident İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. 29 dekabr 2012-ci ildə isə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı olub.

Hazırda ölkə üzrə ümumilikdə 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

- 1 saylı Bakı "ASAN xidmət" mərkəzi,

- 2 saylı Bakı "ASAN xidmət" mərkəzi,

- 3 saylı Bakı "ASAN xidmət" mərkəzi,

- 4 saylı Bakı "ASAN xidmət" mərkəzi,

- 5 saylı Bakı "ASAN xidmət" mərkəzi,

- Sumqayıt "ASAN xidmət" mərkəzi,

- Gəncə "ASAN xidmət" mərkəzi,

- Bərdə "ASAN xidmət" mərkəzi,

- Sabirabad "ASAN xidmət" mərkəzi,

- Qəbələ "ASAN xidmət" mərkəzi,

- Masallı "ASAN xidmət" mərkəzi,

- Quba "ASAN xidmət" mərkəzi,

- Mingəçevir "ASAN xidmət" mərkəzi.

Qeyd edək ki, Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb və bu məqsədlə 5 milyon manat ayrılıb.

İlk "ASAN xidmət"lər fəaliyyətə başladığı dövrdən bu günədək vətəndaşları maraqlandıran məsələlərdən biri də qeydiyyat məhdudiyyəti olmadan istənilən şəxsin bu xidmətlərdən yararlanıb-yararlana bilməyəcəyi məsələsidir. Məsələn, elə rayonlar var ki, orada "ASAN xidmət" yoxdur. Qeydiyyat məhdudiyyəti olmasaydı, oranın sakinləri başqa rayonlara üz tutub

"ASAN xidmət"lərin göstərdikləri xidmətlərdən yararlana bilərdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bu istiqamətdə görülən işlərlə bağlı Yeniavaz.com saytına açıqlama verib: ""ASAN xidmət" mərkəzlərində bir çox xidmətlərdə qeydiyyat məhdudiyyəti aradan qaldırılıb. Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qeydiyyat məhdudiyyətinin aradan qaldırılması istiqamətində işlər görülür. Düşünürəm ki, qısa müddət ərzində biz sizə bununla bağlı məlumat verə biləcəyik. Bu istiqamətdə - həmin xidmətin qeydiyyat yerindən asılı olmayaraq istənilən "ASAN xidmət" filialında həyata keçirilə bilməsi üçün addımlar atılır".

Anar Hüseynovun sözlərinə görə, bir "ASAN xidmət" çərçivəsində ümumilikdə 250-dən çox xidmət göstərilir: "Ən çox müraciət olunan xidmətlər sırasında sürücülük vəsiqəsinin dəyişdirilməsi, xarici pasportların verilməsi və dəyişdirilməsi də üstünlük təşkil edir. Bu xidmətlərə qeydiyyat məhdudiyyəti yoxdur, istənilən "ASAN xidmət" mərkəzində həm sürücülük vəsiqəsinin dəyişdirilməsi, həm də xarici pasportun verilməsi həyata keçirilir".

Anar Hüseynov "ASAN xidmət" mərkəzlərində qeydiyyat məhdudiyyəti olmayan xidmətlərin siyahısını da saytımıza təqdim edib:

1. Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi.

2. Məhkumluq haqqında arayışın verilməsi.

3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi.

4. Əksər notariat xidmətləri.

5. Nikahın qeydə alınması.

6. Ailə üzvləri haqqında arayışın verilməsi.

7. Miqrasiya xidmətləri.

8. Lisenziyaların verilməsi.

9. Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması.

10. Güzəştli mənzillər.

11. Energetika Nazirliyi tərəfindən göstərilən xidmətlər.

12. Sığorta xidmətləri.

13. Mərkəzi kredit reyesterindən çıxarışın verilməsi.

14. Tibb xidmətləri.

15. Tərcümə xidməti və s.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top