Seçkilərlə bağlı protokolların komissiyalara verilməsi başa çatır


Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı dörd gün qalanadək, yəni aprelin 7-dək verilməlidir. Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top