Rza Zərrabla bağlı növbəti HƏBS

ABŞ-da həbsdə saxlanılan Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabdan rüşvət almış həbsxana mühafizəçisi həbs edilib. “Doğan” xəbər agentliyinin məlumatına görə, Nyu Yorkdakı həbsxanada saxlanılan Rza Zərraba mobil telefon, spirtli içki və sair keçirmiş Viktor Kasado barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Onun federal qanunları pozduğu və türmədə xidmət göstərən digər mühafizəçilərin həyatını riskə atdığı bəyan edilib. Qeyd edək ki, Rza Zərrab çirkli pulların yuyulması, bank saxtakarlığı, beynəlxalq sanksiyaları pozmaq kimi əməllərdə ittiham edilib. O, daha sonra ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb və bu işdə ona kömək olan türkiyəli siyasətçi və biznesmenlərin adlarını çəkib.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top