Ağdamda 50 yaşlı kişi özünü öldürmək istədi - FOTOLAR

Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

Hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.



DİGƏR XƏBƏRLƏR

Top