MDB-də sənaye istehsalı ən az Azərbaycanda artıb

Bu ildə yanvar-fevral aylarında Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin hamısında sənaye istehsalında artım qeydə alınıb. Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən bildirir ki, ən aşağı artım tempi Azərbaycanda qeydə alınıb. 2017-ci ilin ilk 2 ayı ilə müqayisədə bu ilin ilk 2 ayında Azərbaycanda sənaye istehsalı 1,4% artıb. Komitənin hesabatında göstərilir ki, bu ilin yanvar-fevral aylarında sənaye istehsalı Ermənistanda 8,3%, Belarusda 10,3%, Moldovada 4,7%, Qazaxıstanda 5,6%, Qırğızıstanda 5,4%, Taciqistanda 3,7%, Özbəkistanda 11,7%, Ukraynada 2,8%, Rusiyada isə 2,2% həddində artıb.

DİGƏR XƏBƏRLƏR

Top