Türk lirəsi daha da ucuzlaşdı - YENİ REKORD

Dollar/Türk Lirəsi məzənnəsi yeni rekord qırıb. Bu gün məzənnə 4.0395-ə qədər yüksələrək bütün zamanların rekordunu qırıb. Lirə Dollar qarşısında 1%-ə yaxın dəyərdən düşüb. Bu dəfə Türk Lirəsinin ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın növbəti iclasda bir addım atmayacağı gözləntisidir. Həmçinin xaricdə azalan "risk iştahı" TL-nin dəyərdən düşməsinə səbəb olur. Ötən həftə Moody's-in Türkiyənin reytinqini endirimi, geosiyasi proseslər, inflyasiya və cari kəsirin artması Dolar/TL məzənnəsinin 4 lirə səviyyəsini keçməsinə səbəb olmuşdu. Marja

DİGƏR XƏBƏRLƏR

Top