İran XİN başçısı: "ABŞ-ın nüvə silahları üçün 1,2 trilyon dollar ayırmaq niyyəti bizdə narahatlıq doğurur"

"ABŞ-ın nüvə silahlarının müasirləşdirilməsinə 1,2 trilyon dollar ayırmaq niyyəti bizdə narahatlıq doğurur".

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrin xarici işlər nazirlərinin konfransında deyib.

"Hesab edirəm ki, əsas məqsədlərindən birinin silahsızlaşdırma olan Hərəkat sayəsində və BMT-nin nüvə silahsızlaşdırması üzrə yüksək səviyyəli Konfransı çərçivəsində ABŞ-ın silahsızlaşdırılmasına nail olmaq mümkündür", - o bildirib.

Nazir İsrailin fələstinlilərə qarşı son hərəkətlərini mühakimə edərək onu fələstinli uşaqları və qadınları kütləvi qətlində ittiham edib. Bu baxımdan, o, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq məhkəməyə yaradılmasına dair çağırış edib. M.C.Zərif fələstinlilərin hüquqlarının tam bərpa edilməsinin və Fələstinin işğalına birdəfəlik son qoyulmasının, paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasının zəruriliyini söyləyib.

"Birtərəfli həll siyasəti regiona böhran və dağıntı gətirdi, ona görə də region çoxtərəfli qaydada, dialoq səviyyəsində bərpa edilməlidir", - nazir əlavə edib.

Onun sözlərinə görə, İraq və Suriya xalqı tərəfindən İŞİD-in məhv edilməsinə baxmayaraq, region hələ də qeyri-sabitdir. Report

DİGƏR XƏBƏRLƏR

Top