Bozdağ: Təl Rıfatda istədiyimiz nəticəyi əldə edəcəyik

Suriyanın Təl Rıfat bölgəsi YPG/PYD terror təşkilatlarından azad ediləcək.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, Təl Rıfatın azad edilməsində son hazırlıq işləri görülür: “Yaxın zamanda Təl Rıfatda istədiyimiz nəticəyi əldə edəcəyik. Sonra Mənbic var. ABŞ rəsmiləri Mənbiclə bağlı verdikləri sözlərinin üstündə durmasalar Türkiyənin mövqeyi konkretdir”.

DİGƏR XƏBƏRLƏR

Top