Bankların mənfəəti 3 dəfəyə yaxın artıb

Ötən ayın əvvəlinə olan məlumata görə bankların xalis mənfəəti 141,3 milyon manat olub. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Belə ki, ötən ilin mart ayının əvvəlinə olan məlumata görə bankların xalis mənfəəti 50 milyon manat olub.

Bankların kredit faizlərindən əldə etdiyi gəlir 189,2 milyon manat olub və bu ötən ilki göstəricidən 69,4 milyon manat az olub.

DİGƏR XƏBƏRLƏR

Top