Bankların aktivləri 6,3%, öhdəlikləri isə 11,4% azalıb

Ötən ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28 milyard 498,8 milyon manat olub.

Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bankların cəmi aktivləri 6,3% və ya 1 milyard 920,4 milyon manat azalıb. Qeyd edək ki, ötən ilin mart ayının əvvəlində bankların cəmi aktivləri 30 milyard 419,2 milyon manat olub. Bankların cəmi öhdəlikləri isə son 1 il ərzində 11,4% və ya 3 milyard 159,1 milyon manat azalaraq 24 milyard 613,6 milyon manata düşüb.

DİGƏR XƏBƏRLƏR

Top