Dollara olan tələbat kəskin artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. Yeniavaz.com ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata istinadən bildirir ki, ötən ay ərzində 647 milyon dollar məbləğində vəsait satılıb. Qeyd edək ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 milyard 310,2 milyon dollar məbləğində vəsait satılıb.

Məlumat üçün bildirək ki, ARDNF tərəfindən valyuta hərraclarında 2017-ci ilin mart ayı ərzində 250 milyon dollar məbləğində vəsait satılıb və bu göstərici builki rəqəmlərdən 2,6 dəfə azdır.

DİGƏR XƏBƏRLƏR

Top