“Facebook” rəhbərinin Konqresdə ifadə verəcəyi tarix açıqlanıb

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 87 milyon istifadəçinin hesablarından icazəsiz toplanan şəxsi məlumatlarla bağlı ABŞ Konqresində ifadə verəcək.

Bu barədə Konqres üzvləri Qreq Uolden və Frenk Pallonun yaydıqları birgə bəyanatda deyilir.

Dinləmələr aprelin 10-u və 11-ə təyin edilib.

Məlum olduğu kimi, Böyük Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkəti “Facebook”un milyonlarla istifadəçisinin şəxsi məlumatlarını əldə edə bilib. Adıçəkilən şirkət ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın qərargahı ilə əməkdaşlıq edib. APA

DİGƏR XƏBƏRLƏR

Top