Rusiya “Skripal işi" ilə bağlı BMT TŞ-da iclas çağırıb

Rusiya BMT Təhlükəsizlik Şurasında keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının Solsberidə zəhərlənməsi ilə bağlı iclasın keçirilməsi üçün vəsatət qaldırıb.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyanat verib.

“Kim tərəfəindən və harada istifadə olunmasından asılı olmayaraq kimyəvi silahların tətbiqinin yolverilməz olduğu və belə halların cəzalandırılmasının vacibliyi, onun kütləvi qırğın silahlarının yayılmaması haqqında sazişlərə təhdid yaratdığı prinsiplərini rəhbər tutaraq, hökumətimizin tapşırığı ilə, sabah, saat 15.00 (Bakı vaxtı ilə 23:00-da) Britaniya baş naziri Tereza Meyin Solsberidəki insidentlə bağlı məktubu əsasında Təhlükəsizlik Şurasında açıq iclasın keçirilməsini xahiş edirəm” deyə bəyanatda bildirilir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top