Putin: Suriyaya yalnız 3 ölkə yardım edir


Suriyaya humanitar yardımın göstərilməsi üçün Rusiya, İran və Türkiyədən başqa heç kəs əməli iş görmür. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin türk və iranlı həmkarları ilə danışıqların yekunu üzrə deyib. Onun sözlərinə görə, siyasi nizamlamadan başqa, insanların normal şəraitdə yaşaya bilməsi də vacibdir: “İri sərmayə qoyuluşları olmadan heç nə etmək mümkün olmayacaq. Buna görə də bütün dünya ölkələrini sözdə deyil, əməldə iştirak etməyə çağırırıq. Hamı humanitar yardımdan danışır, ancaq Türkiyə, Rusiya və İrandan başqa heç kəs əməli iş görmür”.

DİGƏR XƏBƏRLƏR

Top