İt dişləyən sakinə quduzluq əleyhinə vaksin vurulmayıb - Ağdaşda

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında (RMX) it dişləyən sakinə quduzluq əleyhinə vaksin vurulmayıb. Rayonun Abad kənd sakinini it dişləyib. Yaralı Ağdaş RMX-ya çatdırılıb. Ona xəstəxanada quduzluq əleyhinə vaksinin olmadığı bildirilib və xəstə geri qaytarılıb. Yaralı şəxsi vəsaiti ilə aptekdən vaksin aldıqdan sonra ona vaksin vurulacağı bildirilib. Xəstənin buna imkanı olmadığı üçün geri qayıdıb. Report

DİGƏR XƏBƏRLƏR

Top