Çin ABŞ mallarına rüsum tətbiq etdi


Çin Dövlət Şurası ABŞ-dan idxal edilən 106 adda mala 25 faiz həcmində rüsumun tətbiq edilməsi haqqında qərar qəbul edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Vaşinqtonun yeni rüsumların tətbiqini nəzərdə tutan Çin mallarından ibarət geniş siyahı dərc etməsinə cavabır. Çin ABŞ-dan gətirilən soya paxlaları, avtomobillər və kimya sənayesi məhsulları daxil olmaqla, 14 kateqoriyalı mallara rüsum tətbiq etmık niyyətindədir. Ticarət tədbirlərinin tətbiqinin müddəti ABŞ-ın Çin mallarına öz rüsumlarını nə vaxt elan edəcəklərindən asılıdır. Xatırladaq ki, ABŞ daha əvvəl Çinin gömrük rüsumlarının tətbiq oluna biləcəyi 1,3 min malından ibarət siyahı dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top